Ömer Fayedin yeni komandası bəlli olub

Bakı, 3 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) gənc müdafiəçi Ömer Fayed “Beerschot”-a icarəyə verib. Misirli müdafiəçinin maaşının böyük hissəsini Belçika yığması qarşılayacaq.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” və “Beerschot”, Ömer Fayedin icarəyə transferi ilə bağlı bütün məsələlərdə razılığa gəlib.

Ömer cümə günü imza üçün Belçikaya gedəcək. “Beerschot”, futbolçunun maaşının böyük hissəsini ödəyəcək.

21 yaşlı Ömer Fayed 2023-24 mövsümünü icarə əsasında Novi Pazarda keçirib.