Omar Colley “Beşiktaş”dan ayrılmasından danışıb

Bakı, 4 sentyabr, Sporaz.tv

Beşiktaş“-dan “PAOK“-a transfer olunan Omar Colley, ayrılığın onun üçün ən doğru qərar olduğunu bildirib. Colley: “Beşiktaşda yaxşı vaxt keçirdim və yaxşı şəkildə ayrılmaq istədim. Düşünürəm ki, karyeramda növbəti mərhələyə keçmək və yeni bir macəraya başlamaq üçün doğru zaman idi”.- dedi.

Sporaz.tv məlumat verir ki, Yunanıstan Liqası komandalarından “PAOK”-la müqavilə imzalayan Ömer Colley “Beşiktaş”-dan ayrılma prosesini Tivibuya danışıb.

Colley, “Beşiktaş”-da yaxşı vaxt keçirdiyini və onun üçün doğru zamanda ağ-qara komandadan ayrıldığını bildirib.

Təcrübəli müdafiəçi açıqlamasında: ” “Beşiktaş”-dan niyə ayrıldığımı özümdən soruşdum. Futbolda bəzən gözlənilməz vəziyyətlər olur. Əvvəlcə planın bir parçası idim, hər matçda oynayırdım. Sonra klub bəzi oyunçularla yollarını ayırdı. Ancaq mənimlə klub arasında pis heç nə yoxdur. Mövsümün əvvəlində hər matçda oynadığım üçün birlikdə davam edəcəyik kimi görünürdü hər şey. Çünki mövsümün əvvəlində hər matçda oynamışam. Sonra “PAOK”-a gəldim, mənə maraq göstərdilər. Məni layihələrində istədiklərini dedilər”.- deyə fikirlərini ifadə edib.

Colley ayrılıq prosesi ilə bağlı: “Beşiktaşla müqaviləm mövsümün sonunda bitməli idi. Klubla görüşdüm və müqaviləni yeniləmək fikrində olmadıqlarını söylədilər. Gələcəyimi də düşünməli oldum”- dedi. “Əgər müqaviləm sona çatacaqsa və sonunda bədbəxt olma ehtimalım olsaydı, hər iki tərəf vəziyyəti yaxşı həll etməli idi. Məncə, karyeramda növbəti mərhələyə keçmək və PAOK mənim üçün doğru seçim idi.” – deyə o, açıqlama verib.

2023-cü ilin fevralında qara-ağlıların heyətinə qatılan 31 yaşlı müdafiəçi təxminən 1,5 mövsümdə 46 rəsmi oyuna çıxıb. Colley bu görüşlərdə 8 dəfə fərqlənib.