“Olympiakos”un uğurunun memarı Ayoub El Kaabi

Bakı,30 may,Sporaz.tv

UEFA Avropa Konfrans Liqasında çempion olan Yunanıstanın “Olympiakos” komandasının mərakeşli forvardı Ayoub El Kaabi bu mövsüm göstərdiyi performansla adından söz etdirib.

Finalda İtaliyanın “ Fiorentina” komandasını əlavə vaxtda El Kaabinin vurduğu qolla 1-0 məğlub edən Olimpiakos, Avropa Konfrans Liqasının çempionu olub və Yunanıstan komandalarının tarixdə qazandığı ilk avrokubok kimi qeydə alınıb.

Bir müddət “Hatayspor”da da çıxış edən El Kaabi vurduğu qollarla “Olympiakos”un avrokubok qalibiyyətinin memarı oldu.

Avropa Konfrans Liqasının bombardiri

El Kaabi Avropa Konfrans Liqasında oynadığı 9 matçda rəqib qapısına 11 dəfə qol vuraraq bombardirə yüksəlib.

Yarımfinal mərhələsində turnirin favoritlərindən olan “Aston Villa”ya qarşı iki matçda 5 qolla ulduza çevrilən 30 yaşlı futbolçu karyerasının ən parlaq mövsümlərindən birini keçirib.

Avropa Konfrans Liqasında “Maccabi Tel Aviv”dən israilli  Eran Zahavi və Dinamo Zagreb xorvatiyalı  Hırvat Bruno Petkovic  7 qolla “El Kaabi”dən sonra qərarlaşıb.

Benzema Ronaldo və Falcaonu geridə qoyur

El Kaabi avrokuboklar tarixində qrup mərhələsindən sonra seçmə oyunların bombardiri olub.

Mərakeşli futbolçu bu mərhələdə əvvəllər avrokuboklarda hərəyə 10 qol vuran Kərim Benzema, Kriştiano Ronaldo və Radamel Falcaonu geridə qoyub.

Avropa Konfrans Liqasında 2-si Ferencvaros, 3-ü Maccabi Tel Aviv, 5-i Aston Villa, 1-i Fiorentina da daxil olmaqla 11 qola imza atan El Kaabi yalnız Fenerbahçe ilə 1/4 final matçlarında xal tapa bilməyib.

UEFA Avropa Liqası qruplarında 3 qol vuran El Kaabi bu mövsüm də ümumilikdə 14 qolla avrokubokların bombardiri olmağı bacarıb.