“Olympiakos”dan Hakim Ziyech haqqında açıqlama

Bakı, 3 sentyabr, Sporaz.tv

Galatasaray“ın vidalaşmağı planlaşdırdığı Hakim Ziyechin adı bir müddət “Olympiakos“la hallanırdı. Ziyech xəbəri ilə bağlı Yunan nəhəngindən açıqlama verilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”da Hakim Ziyechlə yollarını ayırmaq gündəmdədir. “Ajax”dan sonra mərakeşli futbolçu ilə bağlı son xəbər “Olympiakos” olub.

“Olympiakos”un Hakim Ziyechin meneceri ilə görüşdüyü iddialarından sonra Yunanıstan komandası məsələ ilə bağlı açıqlama verib.

Gazzettanın Yunan mətbuatından verdiyi xəbərə görə, “Olympiakos” cəbhəsi Ziyech xəbərini təkzib edib.

31 yaşlı Ziyechin “Galatasaray”la daha 1+1 illik müqaviləsi var.

“Olympiakos” bu yaxınlarda braziliyalı ulduz Willianla müqavilə imzalayıb.

Bahar Rüstəm