“Olympiakos” klubu finalda

Bakı,10 may,Sporaz.tv

“Olympiakos” UEFA Konfrans Liqasının yarımfinal cavab oyununda “Aston Villa“nı 2:0 hesabı ilə məğlub edib. Yunanıstan komandası ilk görüşdə 4-2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Finalda “Olympiakos” “Fiorentina” ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasının 1/4 finalında “Fenerbahçe“nı mübarizədən kənarlaşdıran “Olympiakos” öz meydanında “Aston Villa”nı qəbul edib.

“Olympiakos” 4:2 hesabı ilə qalib gəldiyi ilk görüşdə “Aston Villa”nı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.Yunanıstan komandasına qələbə gətirən qolları 10 və 78-ci dəqiqələrdə El Kaabi vurub.

Olympiakos“un mərakeşli forvardı Ayoub El Kaabi matçın iki matçında ümumilikdə 5 qol vuraraq komandasının finala yüksəlməsində mühüm rol oynayıb.Mayın 29-da Yunanıstanın paytaxtı Afinada “Fiorentina” və “Olympiakos” arasında Avropa Konfrans Liqasının finalı keçiriləcək.