“Olympiacos” Konfrans Liqasının qalibi olub

Bakı, 30 may, Sporaz.tv

UEFA Avropa Konfrans Liqasında 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

 Sporaz.tv məlumat verir ki, Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən “AEK Arena”da oynanılan final görüşündə yerli komanda “Olympiacos (Olimpiakos)”la İtaliya təmsilçisi “ACF Fiorentina (Fiorentina)” üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Olympiacos (Olimpiakos)”a kuboku gətirən qələbə qoluna 116-cı dəqiqədə “Eyoub El Kaabi (Ayub El-Kabi)” imza atıb.