“Ollie Watkins”in “Arsenal”eşqi

Məşhur mahnıda da deyildiyi kimi:Yarpaq tökdü bir yanı. Bir yanı bahar,baxça.

Bu hekayədə “Ollie Watkins“in yaşadığı duyğu qarmaşasından danışılır.

Aston villa“, “City və “Tottenham” matçını komandaca izlədi. “Tottenham” məğlub olarsa, tarixində ilk dəfə Çempionlar Liqasına gedecəklərdi. Matç istədikləri kimi nəticələndi və Çempionlar Liqasına qatılma haqqı qazandılar.

Komandada sadəcə bir nəfər bu anı qeyd edə bilmədi. Çünki, Ollie Watkins,Arsenalın qaçırdığı çempionluğun acısını yaşayırdı.

28 yaşındakı İngilis, Villa azarkeşlərinin sevimlisi Ollie, bu sezon ümumilikdə 53 matçda 27 qol, 13 məhsuldar ötürmə etdi. Karyerasının böyük bölümünü alt liqalarda keçirdi.

“Exeter City”-də oynayarkən də, “Weston”a kiralandığında da, tək bir favorisi vardı. Uşaqlıq sevgisi, “Arsenal“-ın əfsanəsi, Thierry Henry. Bir gün onun kimi “Arsenal” da oynaya bilmək üçün çox çabaladı.

“Brentford”da 26 qol atıb Premyer Liqaya çıxardığı sezon, transfer təklifləri aldıqda “Mənim xəyalım aşiq olduğum Arsenalda oynamaqdır”-dedi. Ancaq, o yaz Thomas Partey transferinə 50 milyon xərcləyən “Arsenal” pul kisəsini çox açmaq istəmədiyindən, transferi 34 milyon avroya Aston Villa bitirdi.

“Villa”- da ilin oyunçusu seçilən Watkins, bəlkə bir gün xəyalı olan o formanı geyinər…

Bahar Rüstəm