Bakı, 24 may, Sporaz.tv
İtaliyanın “Milan” komandasının fransalı hücumçusu Olivier Giroud 2024-cü il Avropa Futbol Çempionatından (AVRO 2024) sonra milli karyerasını bitirəcəyini açıqlayıb.
Fransa mətbuatına verdiyi açıqlamada təqaüdə çıxmaq qərarını açıqlayan 37 yaşlı Giroud son dəfə AVRO 2024-də milli formanı geyinəcəyini bildirib.
Sporaz.tv xəbər verir ki, milli komanda karyerasına 2011-ci ildə başlayan təcrübəli futbolçu 2018-ci ildə futbol üzrə dünya çempionatında çempionluq qazandığı Fransa ilə 131 matçda 57 qol vurub.
Giroud 51 qolla Thierry Henry və 46 qolla Kilian Mbappeni qabaqlayaraq Fransa millisinin bombardiridir.
Vüqar ALIŞOV