Bakı, 26 iyul, Sporaz.tv
Paris 2024 Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış bomba həyəcanı verilib. Fransa polisi, bomba həyəcanı səbəbilə Basel–Mulhouse hava limanını boşaldıb.
Sporaz.tv məlumat verir ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminə az qalmış İsveçrə-Fransa sərhədində yerləşən Basel-Mulhouse hava limanında bomba həyəcanı verilib.
Air Francea məxsus Paris təyyarəsi, bomba təhlükəsi səbəbiylə Mulhouse hava limanında saxlanılıb. Xəbərdarlıqdan sonra Fransa polisi dərhal hava limanını boşaldıb.
Yoxlamalardan sonra Basel-Mulhouse hava limanı günortadan sonra fəaliyyətini bərpa edib.