Olimpiyadadan əvvəl Fransada bomba həyəcanı

Bakı, 26 iyul, Sporaz.tv

Paris 2024 Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış bomba həyəcanı verilib. Fransa polisi, bomba həyəcanı səbəbilə BaselMulhouse hava limanını boşaldıb.

Sporaz.tv məlumat verir ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılış mərasiminə az qalmış İsveçrə-Fransa sərhədində yerləşən Basel-Mulhouse hava limanında bomba həyəcanı verilib.

Air Francea məxsus Paris təyyarəsi, bomba təhlükəsi səbəbiylə Mulhouse hava limanında saxlanılıb. Xəbərdarlıqdan sonra Fransa polisi dərhal hava limanını boşaldıb.

Yoxlamalardan sonra Basel-Mulhouse hava limanı günortadan sonra fəaliyyətini bərpa edib.