Okay Yokuşlu’nun gözü ilk maçta

Bakı, 15 iyun, Sporaz.tv

Türkiyə Futbol Komandasının oyunçularından Okay Yokuşlu 2024-cü il Avropa Çempionatına (AVRO 2024) yaxşı başlamaq və hədəflərinə addım-addım getmək istədiklərini bildirib.

Sporaz.tv məlumat verir ki, ay-ulduzlu komandanın Barsinghauzendə keçirdiyi düşərgədə mətbuat mənsublarının suallarını cavablandıran Okay, “Hazırlıq dövrü müsbət gedir. Düşərgə dövründə zədələr oldu. Bir neçə dostumuz heyətdən kənarlaşdırıldı. Düşünürəm ki, məşqçimiz və dostlarımızla müsbət bir atmosfer var”-deyə bildirib.

Çempionatda ilk oyunlarının çox vacib olduğunu deyən milli futbolçu sözlərini belə davam etdirib:

“Gürcüstan bu turnirdə ilk dəfədir iştirak edir. Düşünürəm ki, bu, bizim üçün mütləq qələbə qazanmalı matçdır. Gənc futbolçulardan ibarət olsaq da, qrup lideri kimi seçmə mərhələni başa vurmuş komandayıq. Bu turnirdə çox təcrübəyə malik olan dostlarımız yoxdur, buna görə də meydanda lazım olanı etməmiz lazımdır Biz bunu əvvəllər də böyük matçlarda göstərmişik və buna görə də hər şeyin yaxşı olacağına ümid edirəm.”

“Turnirə yaxşı başlamalıyıq”-deyə bildirib.