Bakı, 16 oktyabr, Sporaz.tv
“Galatasaray“ın (Qalatasaray) baş məşqçisi Okan Buruk nigeriyalı hücumçu Viktor Osimhenin zədəsinin sağalmasının ardından ilk 11-liyi formalaşdırmağa hazırlaşır.
Sporaz.tv xəbər verir ki, təcrübəli mütəxəssis İcardi və Mertens arasında hazırki durumları və rəqiblərindən asılı olaraq seçim edəcək.
Beynəlxalq fasilə bitdikdən sonra bütün gözlər “Galatasaray”ın (Qalatasaray) gərgin matç cədvəlinə yönəlib.
Zədəsini sağaldan Vİctor Osimhendə sarı-qırmızılıların heyətinə qatılaraq Antalyaspor, Elfsborg, Beşiktaş, Tottenham və Samsunspor ilə matçlarda iştirak edəcək.