Okan Burukla imza hazırlığı

Bakı,29 may,Sporaz.tv

GalatasarayOkan Burukun rəhbərliyi altında hər iki mövsümdə çempion olmağı bacarıb. Sarı-qırmızılı rəhbərlik müqaviləsi başa çatan təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalamağa hazırlaşır.

Sporaz.tv məlumat verir ki,”Galatasaray” Trendyol Super Liqasında ardıcıl ikinci, ümumilikdə isə 24-cü çempionluğunu qazanıb.

Sarı-qırmızılıların hər iki çempionatında vəzifə yerinə yetirən Okan Buruk uğurlu çıxışı ilə diqqət çəkib.

“Galatasaray” 50 yaşlı çalışdırıcının rəhbərliyi altında iki mövsümdə 190 xal toplayıb.

Sarı-qırmızılılar bu müddətdə keçirdiyi 74 matçda 61 qələbə, 7 heç-heçə və 6 məğlubiyyət əldə edib.

“Galatasaray” Okan Burukla 2022-2023-cü illər mövsümünün əvvəlində bir illik opsiya ilə iki illik müqavilə imzalayıb.

Səfər müqaviləsi başa çatan təcrübəli məşqçi ilə davam edəcək. Galatasaray rəhbərliyi müqavilə danışıqları üçün seçkinin bitməsini gözləyirdi.

Sədr Dursun Özbek və idarə heyətinin üzvləri daha 2 il vəzifələrinə davam edəcəklər. Mandatını alan administrasiya yenidən Okan Burukla görüşəcək.

Təcrübəli çalışdırıcı ilə yeni iki illik müqavilə imzalanacağı gözlənilir.