Okan Buruk:”Derbidə iz qoyan adlardan biri Avropada deyil”

Bakı, 25 sentyabr, Sporaz.tv

Derbidəki qələbədən sonra yorğun futbolçularına istirahət verməyi planlaşdıran Okan Buruk, PAOK matçında rotasiyaya çıxır.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasında PAOK-la qarşılaşacaq “Galatasaray“(Qalatasaray)-ın çalışdırıcısı Okan Buruk, başda Victor Osimhen olmaqla bəzi futbolçuları ehtiyat oyunçular skamyasına cəlb etməyə hazırlaşır.

“Galatasaray” derbisində iz buraxan adlardan Osimhenin yerinə Michy Batshuayinin forvard vəzifəsini icra edəcəyi gözlənilir.

Okan Burukun planının zədəsini sağaldan Mauro İcardini 2-ci hissədə meydana çıxarmaq olduğu bildirilib.

Digər tərəfdən, sarı-qırmızılılar üçün sol cinah müdafiəsində Jakobs əvəzinə ilk 11-likdə Berkanın, sağ cinah müdafiəsində isə Kaan Ayhanın yerinə Jelertin çıxacağı gözlənilir.

Sarı-qırmızılılarda cəzalı Muslera yerinə Günay Güvenç formanı geyinəcək. Yarımmüdafiənin mərkəzində dəyişiklik etməyi düşündüyü deyilən Okan Burukun Kerem Demirbaya şans verə biləcəyi bildirilib.

Leave a Reply