Okan Burukdan Sallai qərarı

Bakı, 16 sentyabr, Sporaz.tv

Galatasaray“ın yeni transferi Roland Sallai ilk məşqində hazır görünüşü ilə diqqət çəkib. Bu vəziyyət “Galatasaray”ın baş məşqçisi Okan Buruku hədsiz dərəcədə sevindirsə də, macar futbolçu “Fenerbahçe” derbisinə ilk 11-də başlaya bilər.

Sporaz.tv xəbər verir ki, “Gaziantep” FK matçı hazırlıqlarını davam etdirən “Galatasaray”da yeni transfer Roland Sallai hər kəsi sevindirib.

27 yaşlı futbolçunun məşqdəki hazır görüntüsü Okan Buruku sevindirib. Qaydalara görə, Sallai “Galatasaray”ın “Gaziantep” FK ilə təxirə salındığı matçda oynaya bilməyəcək.

Lakin Okan Buruk macar futbolçunu derbidə meydana çıxarmağı düşünür.
Fanatikdə çıxan xəbərə görə, Okan Buruk “Fenerbahçe” derbisində Sallai ilk 11-də başlaya bilər.

Bahar Rüstəm

Leave a Reply