Okan Burukdan Oğuz Aydınla bağlı təəccüblü açıqlama

Bakı, 16 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın baş məşqçisi Okan Buruk, “Fortuna Düsseldorf“la yoldaşlıq oyunundan sonra açıqlama verib. Okan Buruk Fenerbahçe (Fənərbaxça)-nın transfer etdiyi Oğuz Aydından da danışıb.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-ın baş məşqçisi Okan Buruk “Fortuna Düsseldorf”a 5:2 hesabı ilə uduzduqları matçdan sonra danışıb.

“Ümid edirəm ki, transferlərimiz yetişəcək. Biz çox çalışırıq. İnşallah 2 transferimiz yetişəcək, lakin digər tərəfdən səbirli olmalıyıq. Hər baş məşqçi oyunçuların tez bir zamanda gəlməsini istəyir, amma burada böyük səy göstərilir. Məşqlərə başladığımızdan 10 gündür. Yüksək intensivlikdə məşq edirik. Belə matçları futbolçu performansına görə dəyərləndirsək, yanılmış olarıq”.

Baş məşqçi, Oğuz Aydın məsələsini də dəyərləndirib:

“Oğuz Aydın məsələsində 7-8 cinah oyunçumuz var. Sayımızın ən çox olduğu yer budur. Ora başqa bir transfer etmək çox da məntiqli bir şey deyildi. Onsuz da onlara yer vermək şansımız yoxdur. “-şəklində dəyərləndirdi.