Okan Burukdan məğlubiyyət şərhi

Bakı, 4 avqust, Sporaz.tv

GalatasaraySuperkubokda “Beşiktaş“a məğlub olub. “Sarı-qırmızılılar” matçı 5-0 itirdi. “Galatasaray”ın baş məşqçisi Okan Buruk məğlubiyyətə münasibət bildirib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının çempionu “Galatasaray” və “Ziraat” Türkiyə Kubokunun çempionu “Beşiktaş” Superkubokda qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda keçirilən matçda “Beşiktaş” sarı-qırmızılı komandanı məğlub edib. Qarşılaşmada “ağ-qaralar” Immobile (2), Svensson, Rafa Silva və Mustafa Erhan Hekimoğlunun qolları ilə qalib gəlib.

“Galatasaray”ın baş məşqçisi Okan Buruk “A Spor”a ağır məğlubiyyəti dəyərləndirib.

“Belə məğlubiyyət gözləmirdik. Rəqibimizi təbrik edirəm. Rəqibimiz buna layiq idi. Oyun olaraq 1-ci dəqiqədə çox aşkar səhvlə geri düşdük. İlk hissədə hesaba alınmayan 2 qolumuz oldu. Orada. 2-0’dan sonra bir ruh düşkünlüyü yaşandı. Performans baxımından məsuliyyətli idik. Mövsümün başında belə bir məğlubiyyət bizə dərs oldu. Pis stadiondu, amma bu, bizim üçün bəhanə deyildi, bəzən oyanmaq üçün dərs oldu. Atmosferə alışa bilərsiniz. Ağır bir məğlubiyyətlə ayağa qalxıb, “Galatasaray”a alışdıqlarını göstərəcəyik.

Bahar Rüstəm