Okan Burukdan Kerem Aktürkoğlu qərarı

Bakı, 22 iyul, Sporaz.tv

Avropada oynamaq hədəfi olan Kerem Aktürkoğlunun “Galatasaray“dan ayrılacağı iddia edilirdi.”Galatasaray”ın baş məşqçisi Okan Buruk “sarı-qırmızılılar”ın türkiyəli futbolçusu ilə bağlı qərarını verib.

Sporaz.tv məlumat verir ki, zaman-zaman “Galatasaray” azarkeşlərinin hədəfinə çevrilən Kerem Aktürkoğlunun Avropaya üz tutacağı haqda xəbərlər yayılıb.

Türkiyəli futbolçu ilə “Real Sociedad“ın maraqlandığı bildirilərkən, “Galatasaray”ın baş məşqçisi Okan Burukun futbolçusunu itirmək istəmədiyi bildirilib.

Okan Buruk tətilindən sonra Kerem Aktürkoğlunu Galatasarayda qalmağa razı salmağa çalışacaq.

Kerem Aktürkoğlunun “Galatasaray”la 2026-cı ilə qədər müqaviləsi var.

Türkiyəli futbolçu ötən mövsüm “Galatasaray”ın heyətində 54 oyun keçirib.

Kerem Aktürkoğlu bu matçlarda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.