Okan Burukdan Barış Alper Yılmaz üçün transfer açıqlaması

Bakı, 26 iyul, Sporaz.tv

Galatasaray“(Qalatasaray)ın baş məşqçisi Okan Buruk, Barış Alper Yılmazın gələcəyi ilə bağlı açıqlama verib. Buruk, türkiyəli futbolçunu komandada saxlamaq istədiklərini bildirib.

 Sporaz.tv məlumat verir ki, ötən mövsüm AVRO-2024-də “Galatasaray “dakı uğurlu çıxışını taclandıran Barış Alper Yılmazın adı Avropanın önəmli klubları tərəfindən hallandırılıb.

“Galatasaray”ın baş məşqçisi Okan Buruk, Barış Alper Yılmazı komandada saxlamaq istədiklərini bildirib.

Okan Burukun Barış Alper Yılmaz haqqında dediklərini təqdim edirik:

“Biz Barışla davam etmək istəyirik. Onun bu ili burada keçirməsi bizim üçün vacibdir.Fiziki olaraq Barışın üstünlükləri var. Mental olaraq daha güclüdür, özünə inamı daha çoxdur.Burada onun mövqeyinə görə verə biləcəyi qərarlar və oyun zamanı verdiyi qərarlar önəmli olur. Bu, təcrübə ilə gəlir.Buna görə də Barışın bu il burada olması çox vacibdir. Onun keçirdiyi Avropa çempionatına baxdığımızda düşünürəm ki, Barış cinah oyunçusu axtaran bütün komandalar üçün seçim olub, hər kəsin ağlına gəlib.”-deyə bildirib.