Okan Buruk, Zahanın yerini əvəzləmək istəyir

Bakı, 13 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın baş məşqçisi Okan Buruk, Wilfried Zahaya alternativ tapıb. Zahanı tez bir zamanda əvəzləmək istəyən rəhbərlik Okan Burukun təkid etdiyi futbolçu üçün “Fluminense“yə transfer təklifi göndərib.

Sporaz.tv məlumat verir ki, Galatasarayda Wilfried Zahanın kitabı bağlanır. Təcrübəli ulduzun transferinin rəsmiləşəcəyi gözlənilsə də, Okan Buruk alternativ adlara diqqət yetirib.

Bu çərçivədə “Galatasaray”ın siyahısına daxil edilən adlardan biri də Jhon Arias olub.

“Sarı-qırmızılar”, Okan Burukun istədiyi kolumbiyalı futbolçu üçün “Fluminense”yə rəsmi təklif göndərib.

“Galatasaray”, Jhon Arias üçün 10 milyon avro təklif edib.

“Fluminense”nin 15 milyon avro istədiyi xəbərlərdə ətraflı yer alıb.

Sürəti və texnikası ilə diqqət çəkən cinah yarımmüdafiəçisi, Amerika Kubokunda təsirli çıxış edib.

“Fluminense” ilə daha 2 illik müqaviləsi olan Jhon Ariasın “Galatasaray”a gəlmək arzusunda olduğu xəbərlərdə ətraflı şəkildə yer alıb.

Ötən mövsüm 34 matçda meydana çıxan və 2902 dəqiqə meydanda qalan 26 yaşlı futbolçu 8 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.