Okan Buruk, Yunus Akgün üçün qərarını verib

Bakı, 3 iyun, Sporaz.tv

Ötən mövsümü “Leicester City“də keçirən Yunus AkgünGalatasaray“a qayıdıb. Sarı-qırmızılıların çalışdırıcısı Okan Buruk Yunus Akgünün gələcəyi ilə bağlı qərarını verib.


Sporaz.tv xəbər verir ki, Yeni mövsüm üçün planlarını davam etdirən “Galatasaray”da icarəyə götürülən futbolçular komandaya qayıdıb. Taleyi maraq doğuran futbolçulardan Yunus Akgünün komandada gələcək taleyinə aydınlıq gəlir.


Mövsümü icarə əsasında “Leicester City”də keçirən Yunus Akgün İngiltərə komandası ilə Çempionluqda qalib gəlib.


“Leicester City” ilə 34 oyuna çıxan milli futbolçu 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mövsüm bitdikdən sonra “Galatasaray”a qayıdan Yunus Akgün üçün son qərarı Okan Buruk verdiyi iddia edilib.”Sarı-qırmızılılar”ın çalışdırıcısı Emin Bayramın komandada qalması ilə bağlı hesabat verib.


Nicolo Zaniolo, Leo Dubois, Yusuf Demir, Cicaldau, Kazımcan Karataş, Taylan Antalyalı, Halil Dervişoğlu, Mathias Ross “Galatasaray”da yenidən heyətə qayıdan futbolçular arasında diqqətçəkən adlardır.
“Galatasaray”da icarədən qayıdan digər futbolçular isə Metehan Baltacı, Eren Aydın, Siraçhan Nas, Batuhan Şen, Işık Kaan Arslan, Baran Aksaka, Caner Doğan ve Berk Balaban.

Bahar Rüstəm