Okan Buruk yeni müqavilə imzalayacaq

Bakı, 6 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.

Sporaz.tv xəbər veriri ki, uğurlu məşqçi üçün sabah, RAMS Parkda mərasim keçiriləcək.

Sarı-qırmızılı klubdan verilən açıqlamada Okan Burukun sabah saat 12:00-da imza atacağı açıqlanıb.

Burukun 2 illik yeni müqavilə imzalayacağı və illik qazancının 50 milyon lirəyə çatacağı gözlənilir.

Sarı -qırmızılar Okan Burukun rəhbərliyi altında ardıcıl 2 çempionluq qazanıb.