Okan Buruk, “Tottenham” matçı üçün seçimini edib

Bakı, 6 noyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray), UEFA Avropa Liqasında ən kritik sınağını “Tottenham”-la qarşılaşacaq. Tək hədəfi qələbə olan Okan Burukun sistem seçimi böyük ölçüdə bəlli olub.

Sporaz.tv məlumat verir ki, Avropa Liqasında “Galatasaray”, noyabrın 7-də cümə axşamı “Tottenham”-ı qəbul edəcək. Sarı-qırmızılılar texniki direktoru Okan Buruk, sistem seçimində böyük ölçüdə təyin edib.

Məşqdə keçirilən taktiki məşqdə Okan Buruk, 3-5-2 sxeminə üstünlük verib.

Okan Buruk, məşqdə Osimhen və İcardini hücumçu təyin edib. Bu sistemdə Okan Buruk müdafiəyə Abdülkerim Bardakcı, Davinson Sanchez və Kaan Ayhan təyin edib. Torreira-Sara, yarımmüdafiədə, Mertens isə onların qarşısında idi. Okan Buruk, cinahlarda Barış Alper Yılmaz və Yunus Akgünə şans verib, 3 oyunluq cəzası sona çatan Musleranı qapısında oynamağa icazə verib.

Bütün planlarını qələbə üzərində quran Okan Buruk, Avropada unudulmaz qələbə qazanmağı hədəfləyir.

Leave a Reply