Okan Buruk start 11-ə aydınlıq gətirib

Bakı , 3 may , Sporaz.tv

Lider “Galatasaray”(Qalatasaray) əsas diqqətini Trendyol Super Liqasının XXXV həftəsində keçiriləcək “EMS Yapı Sivasspor” matçına yönəldib. Sarı-qırmızılılar texniki direktor Okan Burukun sahəyə çıxacağı 11-ə böyük ölçüdə aydınlıq gətirdi.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”(Qalatasaray)ın qapısını Fernando Muslera qoruyacaq. Sarı-qırmızılıların müdafiəçi tandemi Əbdülkerim Bardakçı və Viktor Nelssondan ibarət olacaq. Sol cinahda Derrik Köhn, sağda isə Kaan Ayhanın oynayacağı gözlənilir.

Lukas Torreyra və Kərəm Dəmirbəy yarımmüdafiənin mərkəzində olacaq. Cinahlarda son matçlarda alqışlanan Hakim Ziyeç və Barış Alper Yılmaz yer alacaq.

Kerem Aktürkoğlu da cinah variantları arasındadır… Okan Buruk sol cinahda Kərəmə şans versə, Barış Alperin sağ cinahda oynaması ehtimalı var.

Dris Mertens hücumçunun arxasında oynayacaq. İrəli hissədə Mauro İkardi “Qalatasaray”ın qol müəllifi olacaq.

Vüqar Alışov