Okan Buruk qərarı verib

Bakı 24 sentyabr, Sporaz.tv

Derbidəki qələbədən sonra yorğun futbolçularına istirahət verməyi planlaşdıran Okan BurukPAOK” matçında rotasiyaya çıxır.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasında “PAOK”la qarşılaşacaq “Galatasaray”ın çalışdırıcısı Okan Buruk başda Victor Osimhen olmaqla bəzi futbolçuları ehtiyat oyunçular skamyasına cəlb etməyə hazırlaşır.

“Galatasaray” derbisində iz qoyan adlardan biri olan Osimhenin yerinə Michy Batshuayinin forvard kimi çıxış edəcəyi gözlənilir.

Okan Burukun planının zədəsini sağaldan Mauro İcardini 2-ci hissədə meydana çıxarmaq olduğu bildirilib.

Sarı-qırmızılılar üçün sol cinah müdafiəsində Jakobs əvəzinə ilk 11-likdə Berkanın, sağ cinah müdafiəsində isə Kaan Ayhanın yerinə Jelertin çıxacağı gözlənilir.

Sarı-qırmızılılarda cəzalı Muslera yerinə Günay Güvenç formanı geyinəcək.

Yarımmüdafiənin mərkəzində dəyişiklik etməyi düşündüyü deyilən Okan Burukun Kerem Demirbaya şans verə biləcəyi bildirilir.

Bahar Rüstəm

Leave a Reply