Bakı, 15 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray) baş məşqçi Okan Burukun ara transfer dövründə heyətində görmək istədiyi Arias üçün hərəkətə keçəcək. “Fluminense”-nin yay mövsümündə 18 milyon avro tələb etdiyi üçün transfer edə bilmədikləri futbolçu üçün sarı-qırmızılıların qurban verdikləri məbləğ bəlli olub.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-da ara transfer dövrü üçün işlər davam edir. Sarı-qırmızılılar siyahısında birinci Okan Burukun israrla istədiyi Ariasdır.
“Fluminense”-nin 18 milyon avroluq tələbi ilə yayda onu heyətinə qata bilməyən Arias üçün “Galatasaray” yenidən hərəkətə keçəcək.
“Galatasaray”-ın, transfer etmək istədiyi oyunçu Okan Buruk üçün 12 milyon avronu fəda edib.
“Galatasaray”-ın “Fluminense” ilə danışıqlara keçmiş futbolçusu Melonu da qatacağı bildirilib.
Braziliya komandasının bu dəfə yay transfer dönəmində sərt mövqe sərgiləməyəcəyi və 18 milyon avroluq tələbini ciddi şəkildə azalda biləcəyi bildirilir.
Arias bu mövsüm “Fluminense”-də 46 oyun keçirib. 27 yaşlı cinah müdafiəçisi bu matçlarda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.