Okan Buruk heç vaxt 3 futbolçunun komandadan getməsini istəmir

Bakı, 15 iyun, Sporaz.tv

Galatasaray“ın baş məşqçisi Okan Buruk komandanın quruluşundakı bəzi mövqeləri tamamilə dəyişmək istəmir. Bu səbəbdən təcrübəli çalışdırıcı Avropadan və Səudiyyə Ərəbistanından təklif alan 3 futbolçunun getməsinin qəti əleyhinədir.

Sporaz.tv xəbər verir ki, Superliqada çempionluq uğrunda mübarizə aparan “Galatasaray”ın bir çox futbolçusuna Avropadan və Səudiyyə Ərəbistanından təkliflər gəlir.

“Galatasaray”dan təklif alan əsas oyunçular müdafiəçilərdir.

“Sarı-qırmızılıla”rın çalışdırıcısı Okan Buruk müdafiə quruluşunu yenidən yaratmaq istəmir. Təcrübəli çalışdırıcı bu səbəbdən Abdülkerim Bardakcı, Davinson Sanchez və Victor Nelsson-un satılmamasını istəyib.

“Sevilla”dan maraq göstərən Victor Nelssonun ayrılıqda israrlı olduğu bildirilib.

Əgər İspaniya komandası 15 milyon avro və ya daha çox təklif etsə, Nelssonun ayrılmasına icazə verilə bilər.

Bahar Rüstəm