Bakı, 15 iyun, Sporaz.tv
“Galatasaray“ın baş məşqçisi Okan Buruk komandanın quruluşundakı bəzi mövqeləri tamamilə dəyişmək istəmir. Bu səbəbdən təcrübəli çalışdırıcı Avropadan və Səudiyyə Ərəbistanından təklif alan 3 futbolçunun getməsinin qəti əleyhinədir.
Sporaz.tv xəbər verir ki, Superliqada çempionluq uğrunda mübarizə aparan “Galatasaray”ın bir çox futbolçusuna Avropadan və Səudiyyə Ərəbistanından təkliflər gəlir.
“Galatasaray”dan təklif alan əsas oyunçular müdafiəçilərdir.
“Sarı-qırmızılıla”rın çalışdırıcısı Okan Buruk müdafiə quruluşunu yenidən yaratmaq istəmir. Təcrübəli çalışdırıcı bu səbəbdən Abdülkerim Bardakcı, Davinson Sanchez və Victor Nelsson-un satılmamasını istəyib.
“Sevilla”dan maraq göstərən Victor Nelssonun ayrılıqda israrlı olduğu bildirilib.
Əgər İspaniya komandası 15 milyon avro və ya daha çox təklif etsə, Nelssonun ayrılmasına icazə verilə bilər.
Bahar Rüstəm