Okan Buruk, hər iki ulduza eyni məsələ ilə bağlı xəbərdarlıq edib

Bakı, 2 avqust, Sporaz.tv

Galatasaray (Qalatasaray)-da keçiriləcək Superkubok matçı öncəsi baş məşqçi Okan Buruk, Hakim ZiyachWilfried Zaha ilə təkbətək görüşüb. Hər iki futbolçuya bir məsələ ilə bağlı xüsusi xəbərdarlıq edən Okan Burukun top itkilərinə diqqət çəkdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Superkubok matçında “Beşiktaş“la qarşılaşacaq “Galatasaray”ın baş məşqçisi Okan Buruk, komandasına son xəbərdarlıqlarını edib.

Təcrübəli çalışdırıcının xüsusilə rəqibin keçid hücumları üzərində işlədiyi bildirilib və komandanı keçiddə top itkilərinə qarşı xəbərdarlıq edib.

Okan Buruk, bu məsələ ilə bağlı Hakim Ziyach və Wilfried Zaha ilə görüşüb.

Bildirilib ki, Buruk hər iki futbolçuya yaxşı düşərgə dövrü keçirdiklərini və bu mövsüm onlardan gözləntilərin böyük olduğunu deyib.

Okan Buruk top itkiləri ilə bağlı da Hakim Ziyach və Wilfried Zahaya xüsusi xəbərdarlıq edib.

Təcrübəli məşqçi iki futbolçuya “Top itkilərinə diqqət etməliyik. Beşiktaş, keçid hücumlarını qovalayacaq.”-sözlərini dediyi öyrənilib.