Okan Buruk, Fatih Terimi yaxaladı

Bakı, 18 sentyabr, Sporaz.tv


Galatasaray“ın baş məşqçisi Okan Buruk “sarı-qırmızılılar”ın heyətində Superliqaya 5-dən 5-lə başlayan ikinci türk məşqçi olub.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 3-cü həftə təxirə salınma matçında “Galatasaray” doğma meydanda “Gaziantep FK” ilə qarşılaşsa da, sarı-qırmızılılar meydandan 3-1 qalib ayrılıb. Bu nəticə ilə liqaya 5-dən 5-lə başlayan Cimbom məşqçisi Okan Buruk da ciddi uğura imza atıb. Aslan daha əvvəl Fatih Terimin baş məşqçi olduğu 1998-1999 mövsümündə Super Liqada 5-dən 5-ə çıxıb. Beləliklə, Buruk bu uğuru təkrarlayan ikinci türk məşqçi olub.

“Gaziantep” FK ilə qarşılaşan “Galatasaray” 15 mövsümdən sonra Trendyol Superliqasında xalını 5-ə çatdırıb. 15 xalla sarı-qırmızılılar liderliyə yüksəlib. Aslan bu mövsüm liqada ilk 5 matçda da qalib gəlib. Sonuncu dəfə 2009-2010 mövsümündə hollandiyalı baş məşqçi Frank Rijkaardın rəhbərliyi altında liqaya 5-dən 5-lə başlayan “Galatasaray” 15 mövsümdən sonra bu uğuru təkrarlayıb. Cimbom bu mövsüm liqada “Hatayspor”, “Konyaspor”, “Adana Dəmirspor”, “Rizespor” və “Gaziantep” FK-nı məğlub edib. “Sarı-qırmızılılar” liqada gələn həftə şənbə günü səfərdə “Fenerbahçe” ilə qarşılaşacaq.

Bahar Rüstəm

Leave a Reply