Okan Buruk Çempionlar Liqasının pley-off matçlarında olmayacaq

Bakı, 6 avqust, Sporaz.tv

Məşqçi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsində “Galatasaray“ın “Young Boys“a qarşı keçirəcəyi matçlarda ehtiyatda olmayacaq.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Galatasaray” İsveçrənin “Young Boys” komandası ilə qarşılaşacaq.

“Sarı-qırmızılar”ın çalışdırıcısı Okan Buruk cəzalı olduğu üçün “Young Boys”la hər iki matçda olmayacaq.

Okan Buruk ötən mövsüm Avropa Liqasında “Sparta Praga”ya 4:1 hesabı ilə uduzduqları oyundan sonra baş verən insidentlərdən sonra 2 oyunluq cəzalanıb.

Bu matçda “Galatasaray”ın futbolçusu Kaan Ayhan da qırmızı vərəqə alıb. Türk futbolçu “Young Boys”la ilk oyunda meydana çıxa bilməyəcək.

Bahar Rüstəm