Okan Buruk barəsində cinayət işi açılıb

Bakı, 28 may, Sporaz.tv

Hukukçu Fenerbahçeliler Dərnəyi (HUFEDER) “Galatasaray“ın baş məşqçisi Okan Buruk haqqında cinayət işi açdı.

Sporaz.tv xəbər verir ki, üst-üstə ikinci dəfə Super Liqa çempionluğunu qazanan “Galatasaray” Texniki Direktoru Okan Buruk barəsində küfürlü “təhqiramiz şüarlar səsləndirmək” maddəsi ilə cinayət işi açılıb.

Hukukçu Fenerbahçeliler Dərnəyinin Burukla bağlı verdiyi açıqlama belədir:

“Okan Buruk dünən axşam saatlarında ənənəvi və sosial mediada yayımlanan təhqiramiz şüarlara görə 6222 saylı Qanunun 14 və 22-ci maddələrinə əsasən İstanbul Respublika Baş Prokurorluğuna cinayət işi açılıb.

İctimaiyyətə təqdim olunur.”

Bahar Rüstəm