Okan Buruk ayrılığı açıqladı

Bakı, 13 oktyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın baş məşqçisi Okan Buruk Fernando Musleranın gələcəyi ilə bağlı açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, təcrübəli çalışdırıcı uruqvaylı əlcəkçinin mövsümün sonunda ölkəsinə qayıtmaq istədiyini bildirib.

“Onun niyyəti mövsümün sonunda ölkəsinə qayıtmaqdır. Çox peşəkardır, çox çalışır. Düşünürəm ki, oynayıb davam edəcək. Fikrimi soruşsanız, qapıçı kimi oynayacaq keyfiyyətlərə malikdir.Muslera getdikdə qapıçı tapmaq asan olmayacaq. Həqiqətən də yaxşı qapıçı tapmaq asan deyil. Yaxşı qapıçı üçün yaxşı pul ödəyirsən, amma onun sənə nə dərəcədə uyğunlaşacağını bilmirsən. Hazırda qapıçı üçün transfer planımız yoxdur.Muslera getsə də qalmasını istərdik, amma onun məqsədi ölkəsinə qayıtmaqdır. Ailəsi oradadır. Uşaqlar böyüyür, uzaqda olanda həsrət artır”.- təcrübəli məşqçi bu sözləri qeyd edib.