Oğuzhan Özyakupdan sürpriz qərar

Bakı, 26 avqust, Sporaz.tv

Beşiktaş“-dakı performansı ilə ağla gələn ilk oyunçu Oğuzhan Özyakup 31 yaşında futboldan ayrıldığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın sabiq futbolçularından Oğuzhan Özyakup 31 yaşında karyerasını bitirmək qərarına gəlib.

Oğuzhan Özyakup təqaüd qərarını açıqladı: “Bu yay Super Liqadan təklif edən bütün komandalara göstərdikləri maraq üçün təşəkkür edirəm. Amma özümü həmişə Beşiktaşlı Oğuzhan kimi hiss etdiyim və həmişə belə xatırlanmaq istədiyim üçün başqa komandada oynamaq mümkün olmadı. Futbola verdiyim sonsuz dəyər müqabilində kifayət qədər qol olmadığından futbolçu karyeramı bitirmək qərarına gəldim”.- dedi.

31 yaşlı yarımmüdafiəçi “Beşiktaş”la 3 Superliqa, 1 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.