Oğuz Aydın üçün transfer cavabı

Bakı, 12 iyun, Sporaz.tv

Alanyaspor“un prezidenti Həsən Çavuşoğlu, Oğuz Aydın üçün ölkə daxilində və xaricdən təkliflərin olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, Superliqa təmsilçisi “Alanyaspor”un prezidenti Həsən Çavuşoğlu Oğuz Aydına edilən təklifləri açıqlayıb.

“Milliyet” qəzetinin suallarını cavablandıran Həsən Çavuşoğlu, “Beşiktaş” və “Galatasaray”ın Oğuz Aydınla maraqlandığını bildirib.

“Oğuz üçün həm ölkə daxilindən, həm də xaricdən təkliflər var. Hələlik heç kimlə razılığa gəlməmişik. Görüş olmayıb. Türkiyədən “Galatasaray” və “Beşiktaş” mənə təklif edib, amma çatan rəsmi təklif yoxdur”.

Həsən Çavuşoğlu, Oğuz Aydının transferi ilə bağlı “Bu, klubumla müzakirə edəcəyim bir məsələdir”- deyə bildirib.

Oğuz Aydın bu mövsüm Alanyaspor forması ilə 38 matçda forma geyinib. 23 yaşlı futbolçu bu matçlarda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.