Bakı, 14 iyun, Sporaz.tv
“Fenerbahçe” “Alanyaspor“da çıxış edən Oğuz Aydını heyətinə qatmağa hazırlaşır.
Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Fenerbahçe” “Alanyaspor”dan Oğuz Aydını heyətinə qatıb.
Sarı-göylü komanda Aralıq dənizi komandası ilə böyük ölçüdə anlaşıb. Futbolçu ilə 4 illik müqavilə ilə bağlı razılıq əldə olunub.
Oğuz Aydın da “Galatasaray” və “Beşiktaş“ın transfer siyahısında yer alıb.
23 yaşlı cinah yarımmüdafiəçisi bu mövsüm “Alanyaspor”un heyətində 38 matçda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.