Oğuz Aydın imza atır, transferlə bağlı razılıq əldə olunub

Bakı, 14 iyun, Sporaz.tv

Fenerbahçe” “Alanyaspor“da çıxış edən Oğuz Aydını heyətinə qatmağa hazırlaşır.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Fenerbahçe” “Alanyaspor”dan Oğuz Aydını heyətinə qatıb.

Sarı-göylü komanda Aralıq dənizi komandası ilə böyük ölçüdə anlaşıb. Futbolçu ilə 4 illik müqavilə ilə bağlı razılıq əldə olunub.

Oğuz Aydın da “Galatasaray” və “Beşiktaş“ın transfer siyahısında yer alıb.

23 yaşlı cinah yarımmüdafiəçisi bu mövsüm “Alanyaspor”un heyətində 38 matçda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.