Bakı, 27 sentyabr, Sporaz.tv
Kərəm Aktürkoğlunun “Hisareynspor”-dan çalışdırıcısı Muammer Akçay türkiyəli futbolçu ilə bağlı təəccüblü açıqlamalar verib. Akçay, Kerem Aktürkoğlunun “Benfica“-dan Real Madrid, “Barcelona” və “Liverpool” kimi komandalara transfer oluna biləcəyini bildirib.
Sporaz.tv məlumat verir ki, Sentyabrın əvvəlində “Galatasaray“(Qalatasaray)-dan “Benfica”-ya transfer olunan Kerem Aktürkoğlu, infrastrukturundan yetişdirdiyi “Hisareynspor”-u böyük qürurlandırır.
“Hisareynspor”-un baş məşqçisi Muammer Akçay, keçmiş tələbəsi Kerem Aktürkoğlu ilə bağlı təəccüblü açıqlamalar verib.
Muammer Akçay, 19 yaşadək futbolçulardan ibarət Türkiyə çempionatında Kerem Aktürkoğlu ilə bağlı bunları deyib: “Mən “bir gün gələcək Türkiyə bu uşaqdan danışacaq”- deyib
“Galatasaray”, “Fenerbahçe”(Fənərbaxça), “Beşiktaş” və “Kasımpaşa”-dan başqa Kerem Aktürkoğlunu da arzuladığını ifadə edən Akçay, bunları deyib:
“Və dedik ki, Fatih Terim oynaya bilər. O, Galatasarayı seçdi. İndi o, brendə çevrilib. Bu da bizi qürurlandırır. Boş vaxtı olanda bizə baş çəkir, sadiq oyunçudur”- dedi.
Muammer Akçay, türkiyəli futbolçunun “Benfica”-dan ayrılaraq “Real Madrid”, “Barcelona” və “Liverpool” kimi komandalara keçə biləcəyini bildirib.