Bakı, 15 noyabr, Sporaz.tv
“Lazio”(Latsio)-da çıxış edən Matias Vecino, “Galatasaray“(Qalatasaray)-ın ona 2023-cü ilin yayında təklif göndərdiyini açıqlayıb. Uruqvaylı futbolçu, sarı-qırmızılara keçidinin son anda baş tutmadığını bildirib. 33 yaşlı futbolçu, həmyerlisi Muslera haqda da ayrıca fikir bildirib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın 2023-cü ilin yayında heyətinə qatmaq istədiyi Matias Vecino, sarı-qırmızılıların ona etdiyi təklifi şəxsən açıqlayıb. Lalaziosiamonoi.it-ə danışan Vecinonun açıqlamaları belədir:
“Keçən il “Galatasaray”, “Lazio”-ya təklif etmişdi və görünürdü ki, bu təklif reallaşa bilər, amma transfer pəncərəsinin son günü idi. Bu mürəkkəb idi. Hər şey lazım olduğu kimi getdi. Ən böyük problem odur ki, mənim üçün çox darıxan Fernando Muslera adlı dostum var. Artıq millidə bir-birimizi görə bilmədiyimiz üçün məni həmişə ora, Türkiyəyə aparmağa çalışır”.