“O, futbol əfsanəsidir”

Bakı, 11 iyul, Sporaz.tv

Fenerbahçe“nin qanalı müdafiəçisi Alexander Djiku sarı-göylü komandanın Avstriya düşərgəsini dəyərləndirib, baş məşqçi Jose Mourinho və komanda haqqında açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, qanalı müdafiəçi Aleksandr Djiku yeni mövsümün ikinci mərhələsi üçün açıqlamalar verib.

FenerbahçeTV-də yayımlanan “Günün Müsahibəsi” proqramında qonaq olan Djikunun açıqlamaları belədir:

“Məşqimiz yaxşı gedir. Qarşıda yoldaşlıq oyunu var. Səviyyəmizi, ritmimizi artırırıq. Keçən il yaxşı və keyfiyyətli komanda var idi. Bu il də bir çox futbolçu klubda qalmağa davam edir”.

Bahar Rüstəm