Nuri Şahinin sualına Həsən Aratdan cavab

Bakı,3 may, Sporaz.tv

“Beşiktaş”ın prezidenti Həsən Arat baş məşqçi postunda adı hallanan Nuri Şahinlə görüşüb-görüşmədiyi sualına cavab verib. Arat, “Bütün hədəfimiz olan insanlarla görüşlərimizi davam etdiririk”.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” klubunun prezidenti Həsən Arat məşqçi seçmək üçün vaxtlarının olduğunu və kubok marafonu bitənə qədər rəsmi görüş barədə düşünmədiklərini bildirib.

Almaniyadan qayıdarkən İstanbul Hava Limanında mətbuat mənsublarına açıqlama verən Arat, “Borussiya Dortmund”un baş məşqçisinin köməkçisi Nuri Şahinlə görüş olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Hər kəslə görüşürük. Konkret olaraq daraltmayın. Türkiyədəki kubok mərhələsinə çatana qədər yerli və xarici hər kəslə görüşürük, “Görüş düşünmürük. Beşiktaşın ehtiyacı olan hər kəslə görüşüb layihələrini bizə təqdim etmələrini xahiş edəcəyik. Məşqçinin bizim üçün vizyon qurması haqqında.” – deyə cavab verdi.

Yeni məşqçinin yerli və ya əcnəbi olacağı ilə bağlı 50 faiz nisbətinin olduğunu bildirən Arat, “Yaxşı bir şey etməyə çalışırıq. “Beşiktaş” həssas bir dövr yaşayır. Azarkeşlərimizin idarə heyətinə inanmalarını istəyirəm. Mövsümün əvvəli olacağı üçün vəziyyət fevralda olduğu kimi gərgin deyil. oyunçu və məşqçi üçün doğru zamanda”.

Vüqar Alışov