Bakı, 2 oktyabr, Sporaz.tv
Çempionlar Liqasının ikinci həftə matçında Nuri Şahinin çalışdırdığı “Dortmund” klubu doğma meydanda “Celtic“(Seltik)-lə üz-üzə gəlib. Qarşılaşma 7:1 hesabı ilə dortmundluların xeyrinə başa çatıb.
Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ikinci həftəsində Dortmund “Borussia”-sı doğma meydanda “Celtic”-lə üz-üzə gəlib.
Matç 7:1 hesabı ilə Dortmund “Borussia”-sının xeyrinə başa çatıb. Matçdakı qollar; 7-ci dəqiqədə Emre Can (P), 9-cu dəqiqədə Maeda, 11, 29, 42-ci dəqiqələrdə Adeyemi, 40 və 66-cı dəqiqələrdə Guirassy və 79-cu dəqiqədə Nmechadan gəldi.
Bu nəticə ilə Nuri Şahinin komandası “Borussia Dortmund” Nəhənglər Liqasında ikinci qələbəsini qazanaraq xalını 6-ya yüksəldi. “Celtic” ilk məğlubiyyətini alıb və 3 xalla qalıb.
Nəhənglər Liqasının 3-cü həftəsində Dortmund “Borussia”-sı “Real Madrid“-i qəbul edəcək. Həmin həftə “Celtic” səfərdə “Atalanta” ilə qarşılaşacaq.
BVB Stadionunda oynanılan matçdan əvvəl alman azarkeşlərin UEFA-ya qarşı açdıqları xoreoqrafiya və pankart gündəmə gəlib.
“Sarı Divar” kimi tanınan qapı arxası tribunada ifa olunan xoreoqrafiyada “UEFA mafiyası” sözləri yazılıb. Bu yazının altında açılan pankartda belə yazılıb: “Siz idmanla maraqlanmırsınız, sizi maraqlandıran tək şey puldur!”- bəyanatlar daxil edilmişdir.
Digər tərəfdən, “Celtic” azarkeşləri İsrailin işğalı altında olan Fələstinə dəstəyini davam etdirib.
Dortmund “Borussia”-sının gənc ulduzu Karim Adeyemi matçda het-trik edib. Adeyemi bu mövsüm 8 rəsmi oyuna çıxıb və 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.