Nuri Şahindən xal itkisi

Bakı, 31 avqust, Sporaz.tv

Nuri Şahinin çalışdırdığı “Borussia Dortmund” səfərdə “Werder“lə qolsuz bərabərə qalıb.

Sporaz.tv xəbər verir ki,  Nuri Şahinin çalışdırdığı “Borussia Dortmund” Bundesliqanın ikinci həftəsində “Werder”i qəbul edib. “Weser-Stadium”da keçirilən görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Dortmund təmsilçisinin müdafiəçisi Nico Schlotterbeck 73-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını 10 nəfər qoydu.

“Sarı-qaralı”ların heyətində matça ilk 11-də başlayan futbolçu Emre Can 90 dəqiqə meydanda qalıb.

Mövsümün ilk xalını itirən “Borussia Dortmund” bu nəticə ilə xallarını 4-ə yüksəldib. Hələ qələbə qazana bilməyən “Werder”in aktivində 2 xal var.

Bundesliqada bu gün saat 16.30-da başlayan digər oyunların nəticələri belədir:

“Stuttgart” 3 – 3 “Mainz” 05

“Werder Bremen” 0 – 0 “Borussia Dortmund”

“Bochum” 0 – 2 “Mönchengladbach”

“Eintracht Frankfurt” 3 – 1 “Hoffenheim”

Liqada günün son matçında “Bayer Leverkusen” və “RB Leipzig” üz-üzə gələcək.

Bahar Rüstəm