Nuri Şahindən Həsən Arata qədər realist plan

Bakı , 2 may , Sporaz.tv

Məşqçi axtarışlarını davam etdirən “Beşiktaş“ın prezidenti Həsən Aratla Nuri Şahin arasında baş tutan görüşün müsbət keçdiyi iddia edilib. Nuri Şahin ona təqdim olunan layihəni bəyənsə də, Həsən Arata realist plan təqdim edib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın prezidenti Həsən Arat Almaniyada məşqçi axtarışlarını davam etdirir. Prezident Aratın “Borussia Dortmund”un baş məşqçisi Nuri Şahinlə görüşdüyü iddia edilib.

Gənc futbolçuların daha çox istifadə olunduğu, investisiya transferlərinin həyata keçirildiyi, nəhəng klubların perspektivli ulduzlarının icarəyə götürüldüyü bu layihədə uğurun dərhal gəlməyəcəyini bildirən gənc çalışdırıcı deyib:
“Sıfırdan bir heyət qurmaq lazımdır. Bu, tamamilə yeni bir komanda və Türkiyənin öyrəşmədiyi bir sistem olacaq. Bu şərtlər daxilində çempionluq real hədəf olmayacaq, amma “Beşiktaş”ın gələcəyi təmin olunacaq. İlk mövsümdə layihənin infrastrukturunu hazırlayarkən rəqabətə davamlı olacaq.”

Bahar Rüstəm