Bakı, 31 avqust, Sporaz.tv
Nuri Şahinin çalışdırdığı “Borussia Dortmund” səfərdə “Werder“lə qolsuz bərabərə qalıb.
Sporaz.tv xəbər verir ki, Nuri Şahinin çalışdırdığı “Borussia Dortmund” Bundesliqanın ikinci həftəsində “Werder”i qəbul edib. “Weser-Stadium”da keçirilən görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Dortmund təmsilçisinin müdafiəçisi Nico Schlotterbeck 73-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını 10 nəfər qoydu.
“Sarı-qaralı”ların heyətində matça ilk 11-də başlayan futbolçu Emre Can 90 dəqiqə meydanda qalıb.
Mövsümün ilk xalını itirən “Borussia Dortmund” bu nəticə ilə xallarını 4-ə yüksəldib. Hələ qələbə qazana bilməyən “Werder”in aktivində 2 xal var.
Bundesliqada bu gün saat 16.30-da başlayan digər oyunların nəticələri belədir:
“Stuttgart” 3 – 3 “Mainz” 05
“Werder Bremen” 0 – 0 “Borussia Dortmund”
“Bochum” 0 – 2 “Mönchengladbach”
“Eintracht Frankfurt” 3 – 1 “Hoffenheim”
Liqada günün son matçında “Bayer Leverkusen” və “RB Leipzig” üz-üzə gələcək.
Bahar Rüstəm