Nuri Şahin Nəhənglər Liqasına qalibiyyətlə başladı

Bakı, 19 sentyabr, Sporaz.tv

UEFA Çempionlar Liqasının ilk həftə matçında Nuri Şahinin idarə etdiyi “Borussia Dortmund” səfərdə “Club Brugge“ni 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Nuri Şahin Nəhənglər Liqasında məşqçi kimi ilk matçını qazandı.

Sporaz.tv verir ki, Nuri Şahinin çalışdırdığı Almaniyanın “Borussia Dortmund” komandası Belçika təmsilçisi “Club Brugge”nin qonağı olub.

Jan Breydel Stadionunda oynanılan qarşılaşma TRT 1-də canlı yayımlanıb.

İlk hissə qolsuz bitən matçda Dortmund Borussia komandası 76-cı dəqiqədə Jamie Bynoe-Gittenslə qapını açıb. 86-cı dəqiqədə yenidən səhnəyə çıxan Bynoe-Gittens fərqi 2: 0-2-yə çatdırıb.

Matçın hesabını əlavə vaxtda istifadə etdiyi penaltini qola çevirən Serhou Guirassy elan edib: 0-3.

Dortmund klubu bu nəticə ilə ilk dəfə liqa formatında oynanan Çempionlar Liqasının 1-ci həftəsini 3 xalla başa vurub.

Digər tərəfdən, Nuri Şahin məşqçi kimi nəhənglər liqasında ilk matçını qazandı.

Bahar Rüstəm

Leave a Reply