Nuri Şahin dünya nəhənginin yeni məşqçisi olur

Bakı, 13 iyun, Sporaz.tv

Edin Terzicin “Borussia Dortmund“dan istefa verdiyi açıqlanıb. Bu sürpriz gedişdən sonra “Borussiya Dortmund”un yeni baş məşqçisi Nuri Şahinin olacağı iddia edilib.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının finalına yüksəlməyi bacaran “Borussia Dortmund” kuboku “Real Madrid“ə uduzub. Alman nəhənginin çalışdırıcısı olan Edin Terzic sürpriz qərarla işindən ayrılıb. Terzicin yerinə gələcək adla bağlı təəccüblü iddia irəli sürülüb.

“Borussia Dortmund”dan verilən açıqlamada Edin Terziclə yollarını qarşılıqlı razılaşma əsasında ayırdıqları bildirilib. Terzic istefası ilə bağlı bunları deyib: “Borussiya Dortmund” üçün hər zaman ən yaxşısını arzulayıram. Klubla vidalaşmıram, görüşərik” dedi.

“Bild”də çıxan xəbərdə Edin Terziçdən sonra “Borussiya Dortmund”da baş məşqçi postunu Nuri Şahinin icra edəcəyi bildirilib. 2023-cü ilin sonunda “Antalyaspor“dan ayrıldıqdan sonra “Borussiya Dortmund”da Terzicin köməkçisi olan Şahin Almaniya nəhənginin yeni baş məşqçisi olmağa çox yaxındır.

Bahar Rüstəm