Novak Cokoviç Paris Olimpiadasını buraxacaq?

Bakı, 5 iyun, Sporaz.tv

Serbiyalı məşhur tennisçi Novak Cokoviç “Uimbldon” turnirini buraxacaq.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, buna 37 yaşlı idmançının “Rolan Qarros” yarışının 1/8 final mərhələsində dizindən zədələnməsi səbəb olub. 

Yaxın günlərdə əməliyyat olunacaq tennisçinin “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirakı da sual altındadır. 

Qeyd edək ki, “Uimbldon” turniri iyulun 1-14-də təşkil olunacaq.