Bakı, 7 may , Sporaz.tv
İngiltərə Premyer Liqa komandalarından olan “Nottingem Forest”in maliyyə qaydalarını pozduğuna görə 4 xalın silinməsi cəzası ilə bağlı müraciətinin rədd edildiyi açıqlanıb.
Sporaz.tv xəbər verir ki , “Nottingem Forest”in maliyyə qaydalarını pozduğuna görə 4 xalın silinməsi cəzası ilə bağlı müraciətinin rədd edildiyi açıqlanıb.
Premyer Liqanın saytında yer alan açıqlamada Müstəqil Apellyasiya Şurasının qərarı təsdiqlədiyi bildirilib.
Bu cəzanın təsdiqi ilə Nottingem Forest mövsümün bitməsinə 2 həftə qalmış aşağı liqa xəttindən 3 xal yuxarıdır.
Liqanın Gəlirlilik və Davamlılıq Qaydalarına əsasən, komandaların üç il ərzində maksimum 105 milyon funt sterlinq itirməsinə icazə verilir. Bununla belə, üç illik maliyyə dövründən ikisini Çempionşipdə keçirən “Nottingem Forest”in Premyer Ligadakı ilk mövsümündə 61 milyon funt sterlinq itirməsinə icazə verildi.
Vüqar Alışov