Norveçli futbolçu İsrail komandasını rədd etdi

Bakı, 20 sentyabr, Sporaz.tv

Norveçin “Rosenborg” komandasında çıxış edən 28 yaşlı mərkəz hücumçusu Ole Saeter, İsrail təmsilçisi Maccabi Haifanın transfer təklifinə: “İnsan haqları pozuntusunda iştirak etdiyi düşünülən bir ölkədən gələn təklifi qəbul etmərəm” -deyib.

Sporaz.tv məlumat verir ki, “Rosenborg”-un norveçli futbolçusu Ole Saeter, İsrailin “Maccabi Haifa” komandasının transfer təklifini rədd etdiyini açıqlayıb.

İsrail Premyer Liqasında transfer dövrünün sona yaxınlaşdığı bir vaxtda Maccabi Haifa klubu, Saeterin transfer əvəzi üçün Norveçin “Rosenborg” komandasına 10 milyon kron təklif edib.

TV2-yə verdiyi açıqlamada Saeter, İsrailin fələstinlilərə hücumları səbəbilə transfer təklifini rədd etdiyini və: “Hesabıma qan pulunun girməsini istəmirəm”- dedi.

İsrail klubuna: “500 milyon dollar təklif etsələr belə, bu məbləği qəbul etməyəcəklər” deyən Saeter, “Dəyərlər puldan daha önəmlidir. İşin içində olduğu düşünülən bir ölkədən gələn təklifi qəbul etmərəm” insan hüquqlarının pozulmasında”. – dedi.

Leave a Reply